Anar Məmmədlinin nağılı…

Anar Məmmədlinin nağılı…
Bütün Xəbərlər
13:28 20.12.2013
1235

Elşən MusayevMüxalif qüvvələrin və onları təmsil edən mətbuatın ən adi bir məsələni belə, miqyasından çox-çox daha artıq səviyyədə böyütmə, şişirtmə, təqdimetmə məharətinə düşünürəm hər kəs qibtə edə bilər.

Və ya bu insanlar istənilən mövzunu heç gözləmədiyin halda elə bir formada ictimai rəyə sırıyar ki, heyrətindən mat-məəttəl qalarsan.Filankəs asqırdı - hakimiyyət eləyib… Kimsə yolla getdiyi yerdə yıxıldı - yenə də hakimiyyətin günahıdır… Hansısa dələduz vergidən yanındı, olan-olmazın cinayətlər törətdi - yenə də bunların təbirincə, hər şey hakimiyyətin boynundadır.Amma adama sual verərlər: Yaxşı nə oldu, elə müxalifətdə hamı aydan arı, sudan durumu olası oldu? Yoxsa bunların toxunulmazlığımı var, cinayət məcəlləsinin, qanunların öhdəliyindən azad olublar, bizim xəbərimizmi yoxdur?Dünəndən bəri az qala bütün manşet xəbərləri Anar Məmmədli haqqındadır. Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli haqqında! Nə var-nə var adamın bir az pulu var, hamısı pərvaz olub başına. Təbii, söhbət müxalif qüvvələrdən gedir.Guya onu müdafiə eləyirlər. Amma ortalıqda nə taktika var, nə də məzmun. Və bir də bilirsinizmi nə yoxdur? – səmimi təşəbbüs. Elə buna görə də həmin müdafiəçilərin sırasında nə cür və hansı təyinatda insana desən rast gəlmək mümkündür: Xədicə İsmayıl, Əli Kərimli, Aslan İsmayılov və s. və ilaxır.Dünən mətbuat konfransına baxıram, bunların. Yaratmış olduqları atmosferə və ajiotaja rəğmən ortalıqda debil bir mənzərə var. Bilinmir kiminsə dərdinə şərikmi olmağa gəliblər, yoxsa lağlağımı eləməyə. Təsəvvür edin, mətbuat konfransında iştirak edən hərşeyşünas - Cəmil Həsənli deyir ki, Anar Məmmədli bizim son müstəqil ekspertimiz idi.Əvvəla, bu sözün fəlsəfəsi qəribdir e...Necə yəni ekspertimiz? Və ya Anar Məmmədli sizimi təmsil eləyirdi seçki kampaniyasında? Sizinmi sözcünüz idi Anar? Axı bildiyim qədər adam özünü müstəqil qeyri-hökumət təşkilatının sədri kimi təqdim eləyib, deyilmi?

Amma bunu da qoyaq bir yana.... Ən maraqlı təfərrüat bilirsinizmi nədir? “Milli Şura”nın sədri bu fikirləri deyir və eyni anda yanında oturan vəkil Aslan İsmayılov gülməkdən uğunub gedir.Maraqlıdır, nəyə gülür bu? Və ya eviniz tikilsin, bu adamı həbs ediblər e, toyuna-nişanına yığışmamısız...Bir başqa tərəfdən isə Gültəkin Hacıbəyli bəyan edir ki, əgər Azərbaycanda insan hüquq və azaqlıqları bu formada qorunacaqsa, o zaman Cinayət Məcəlləsi daxil bütün qanunlar ləğv edilsin və ölkədə despot rejim yaradılsın.Bilmirəm bu təşəbbüsdür, arzudur, istəkdir, yoxsa nə, amma Gültəkin xanımın nəzərinə sadəcə bir məqamı çatdırmaq istəyirəm: Haqqında danışdığınız hakimiyyət hər nədirsə və hər necədirsə, bütün hallarda sizin 10 il qılığına girib, hamıdan gözəl təriflədiyiniz hakimiyyətdir.Eyni zamanda nə qəribədir ki, vətən təəssübkeşliyi də, insan hüquq və azadlıqları da həmin dönəmlərdə sizin tərəfinizdən tam başqa bir nöqteyi-nəzərlə tövsif olunurdu. Ta parlament seçkilərindəki fiaskoya qədər. Yox əgər söhbət nəyinsə ləğvindən gedirsə, o zaman bilmiş olun: Bu sözü siz bizə deyil, biz sizə deməliyik.Və ya hər yoldan keçən, hər təşkilat yaradan özünü toxunulmaz, fövqəladə, əlahiddə biri hesab edəcəksə, ya da sizin və sizə bənzər insanların, ələlxüsus da hüquq müdafiəçilərinin sayəsində siyasi məhbus adına saxta bir formada yiyələnəcəksə, qanunlar bax o zaman nüfuzunu itirəcək, çeynənəcək və arzu etdiyiniz həddə qədər enəcək.Amma məsələ burasındadır və nə yaxşı ki, həmin arzular hazırkı hakimiyyətin sərgilədiyi fəaliyyətlə həmahəng deyil. Yəni ömrünüzün sonuna qədər ürəyinizdə qalacaq...Hələ məsələ ilə bağlı Amerikanın ölkəmizdəki səfiri Morninqstar da münasibət bildirib. Qısa məzmun isə təxminən belədir ki, adamın həbsindən narahatıq, cinayət təqibində göstərilən elementlərin və təfərrüatların aydınlaşmasının tərəfdarıyıq və nəhayət bu həbsin seçki ilə birbaşa əlaqəsi varmı-yoxmu, bunu dəqiqləşdirmək istəyirik.Amma hansı hədlə, hansı hüquqla? – bax bu haqda Morninqstar heç bir şey söyləməyib. Və... eyni adlı kontekstdə daha bir önəmli məğz var: Diplomatik korpusun mövzunu siyasiləşdirmə cəhdi..!. Hərçənd bu dediyim diplomatik protokola da, səfirin təyinatına da, dövlətlər arasındakı davranış kodeksinə də daban-dabana zidd olan məsələdir.Amma dəyişən bir şey varmı? – Xeyr. Niyə? Çünki onların təbirincə belə də olmalıdır. Hər addımda, hər kəlmədə ağsaqqallıq sindromları özünü açıqca büruzə verməlidir, fövqəldövlətin nümayəndəsi fövqəldemokrat kimi görünməlidir. Və nəhayət, öz tərəflərindən yetişdirilmiş casuslar, muzdlular, siyasi kamikadzelər bir şəkildə və hansısa formada qorunmalıdır...Nə demək istəyirəm? - Anar Məmmədli sıradan bir QHT rəhbəri deyil. O, uzun illərdir Qərbin himayəsində olan və eyni adlı dairədən maliyyələşən, təlimatlanan 5-ci kalonun ən “istedadlı” üzvlərindən biridir.Və deyim ki, bunlar həm də böyük bir şəbəkədir: İlqar Məmmədov, Erkin Qədirli, Xədicə İsmayıl, haqqında danışdığımız Anarın özü və s. və ilaxır. Elə bu səbəbdən də diqqət edin: Baş Prokurorluğun Anar Məmmədli ilə bağlı açıqlamasında fantastik maliyyə rəqəmləri göz qamaşdırır. 150 min bir, 270 min bir, nə bilim 300 min bir.Nə deməkdir bu? – O deməkdir ki, bunlar elə ancaq seçki ərəfəsində 1 milyon dollara yaxın pul qazanıblar. Həm də bütün mümkün və qeyri-mümkün variantları sınaqdan keçirərək!O pulu isə kimsənin ala gözünə və qara qaşına aşıq olub vermirlər. Ya da belə deyək: Orda yedirdirlər, həzm məsələsi isə bura qalır. Yaxşı həzm üçünsə həkimlərin məsləhəti də belədir: gərək qidanı əməlli-başlı çeynəyib udasan. Yoxsa ilişib qalır. Adamın düz xirtdəyində.Eynən Anar Məmmədlinin timsalında seyr etdiyimiz kimi...

OXŞAR XƏBƏRLƏR