Anar Məmmədliyə 14 il müddətinə həbs cəzası istənildi

Anar Məmmədliyə 14 il müddətinə həbs cəzası istənildi
KRİMİNAL
13:08 24.07.2026
202
Dövlət ittihamçısı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 14 il, onunla birgə ittiham olunan Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

İclas tərəflərin çıxışları ilə davam edib. Dövlət ittihamçısı da öz növbəsində çıxış edib.

Məhkəmənin növbəti iclası avqustun 7-nə təyin olunub.

Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.1 (vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2-ci (rəsmi sənədlərin saxtalaşdırılması və qanunsuz dövriyyəsi, həmin sənədlərdən istifadə) maddələri ilə ittiham olunurlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İpoteka, yoxsa daxili kredit? Mənzil alarkən hansı seçim daha sərfəlidir?
15:12 24.07.2026
İpoteka, yoxsa daxili kredit? Mənzil alarkən hansı seçim daha sərfəlidir?
Xaricdə təhsil proqramına qəbul olunanların siyahısı açıqlandı
15:09 24.07.2026
Xaricdə təhsil proqramına qəbul olunanların siyahısı açıqlandı
Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb
15:08 24.07.2026
Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
14:54 24.07.2026
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Azad edilmiş ərazilərdəki müəssisələrin strukturu və ştat vahidləri təsdiqlənib
14:48 24.07.2026
Azad edilmiş ərazilərdəki müəssisələrin strukturu və ştat vahidləri təsdiqlənib
"Mister Türkiye 2026"nın qalibi bəlli oldu
14:46 24.07.2026
"Mister Türkiye 2026"nın qalibi bəlli oldu
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
14:40 24.07.2026
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Günel Nəbiyeva: Rəqəmsallaşma ilə yanaşı, kibertəhlükəsizlik də bizim əsas prioritetlərimizdəndir
14:38 24.07.2026
Günel Nəbiyeva: Rəqəmsallaşma ilə yanaşı, kibertəhlükəsizlik də bizim əsas prioritetlərimizdəndir
Nazir Anar Əliyev Zəngilanda vətəndaşları qəbul edib
14:34 24.07.2026
Nazir Anar Əliyev Zəngilanda vətəndaşları qəbul edib
İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək
14:25 24.07.2026
İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər - FOTO
14:21 24.07.2026
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər - FOTO
Azərbaycanda evlənənlərin sayı niyə azalıb? - "Qızlar ev, maşın istəyirlər" - VİDEOSORĞU
14:18 24.07.2026
Azərbaycanda evlənənlərin sayı niyə azalıb? - "Qızlar ev, maşın istəyirlər" - VİDEOSORĞU
Türkiyədəki yeni səfirimiz kimdir? - TƏRCÜMEYİ-HAL
14:16 24.07.2026
Türkiyədəki yeni səfirimiz kimdir? - TƏRCÜMEYİ-HAL
SEPAH ABŞ hərbçilərinin olduğu ölkələrdə əhaliyə xəbərdarlıq edib
14:16 24.07.2026
SEPAH ABŞ hərbçilərinin olduğu ölkələrdə əhaliyə xəbərdarlıq edib
Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb
14:09 24.07.2026
Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb
Özbəkistana səfir təyin edilən Rəşad Məmmədov kimdir?
14:08 24.07.2026
Özbəkistana səfir təyin edilən Rəşad Məmmədov kimdir?