Bu gün Kempinski oteldə “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanı tanı” kitabı və www.discoverazerbaijan.az veb səhifəsinin təqdimatı keçirilib. Layihənin sponsorlarından olan ZQAN Holdinqin Direktorlar Şurasının sədri Anar Məmmədov tədbirdən sonra AZXEBER.COM-a eksklüziv müsahibə verib.
- Anar müəllim, “Azərbaycanı tanı” kitabı haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Əminliklə deyə bilərəm ki, “Azərbaycanı tanı” kitabı bütün dünyada böyük marağa səbəb olacaq. Bu kitab təkcə azərbaycanlılar üçün deyil, Azərbaycanı tanımaq istəyən bütün insanlar üçün gözəl vəsaitdir. Kitabın müstəqilliyimizin 20-ci ili ərəfəsində təqdim olunması da təsadüfi deyil. Çox sevinirəm ki, bu kitabın ərsəyə gəlməsində ZQAN Holdinqin də rolu var. Biz Azərbaycanın tanınması, təbliği üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. ZQAN Holdinq olaraq bundan sonra da Azərbaycanın tanınmasına xidmət edən layihələrə dəstək olacağıq. - Bu kitabın və bugünki tədbirin təşkilatçısı “İrəli” İctimai Birliyidir. Azərbaycan gənclərinə və”İrəli”çilərə nə demək istərdiz?- Mən “İrəli” İctimai Birliyinin bütün layihələrini dəstəkliyirəm. Çünki “İrəli” Azərbaycan gəncliyi üçün çox faydalı işlər görür.”Azərbaycanı tanı" kitabını da bu işlərin davamı olaraq görürəm. Bütün bu uğurlara görə bir daha “İrəli” İctimai Birliyini təbrik edirəm. Bir daha qeyd edirəm ki, hər zaman istedadlı, perspektivli gənclərə dəstək olmağa hazırıq. Uğurlar hər birinizə.Hacıbəy HEYDƏRLİ