Anar Məmmədxanovun xatirə gecəsi keçiriləcək

Anar Məmmədxanovun xatirə gecəsi keçiriləcək
Bütün Xəbərlər
18:06 18.04.2012
1020

Xatirə gecəsi aprelin 22-də Heydər Əliyev Sarayında təşkil olunacaq

İctimai xadim, I, II və III çağırış (1995, 2000, 2005) Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anar Məmmədxanovun xatirəsinə həsr edilmiş gecə keçiriləcək. Xatirə gecəsi 22 apreldə Heydər Əliyev Sarayında təşkil olunacaq. Xatırladaq ki, Anar Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda doğulub. 1992, 1993 və 1995-ci illərdə "Parni iz Baku" ŞHK komandasının heyətində çıxış edib. Onun kapitanı olduğu komanda üç dəfə MDB çempionu, 2000-ci ildə isə ХХ əsrin çempionu olub.  23 aprel 2011-ci ildə 41 yaşı tamam olmadan qəflətən ürəyi dayanıb.

OXŞAR XƏBƏRLƏR