Anar Nağılbaz kanalları yıxıb sürüdü – ‘Verilişlər bir qəpiklikdir’

Anar Nağılbaz kanalları yıxıb sürüdü –  ‘Verilişlər bir qəpiklikdir’
Bütün Xəbərlər
15:59 19.12.2014
1180

Anar Nağılbaz: “Qonşu ölkələrlə müqayisədə ən geridə qalmış televiziya məkanı bizdədir”

“Azərbaycan efirində insanların problemlərini əks etdirən 2-3 verilişi verilişi çıxmaq şərtiylə baxılmalı veriliş qalmayıb. Orada da aparıcılar özlərini elə aparırlar ki, sanki məhkəmədə hakimlik edirlər. Ümumilikdə götürəndə hətta qonşu ölkələrlə müqayisədə ən geridə qalmış televiziya məkanı bizdədir. Çünki baxılası verilişlərimiz həqiqətən demək olar ki, yox dərəcəsindədir. Bundan başqa, çəkilən seriallar, hazırlanan bəzi verilişlər bir qəpiklikdir”.

Bu sözləri AZXEBER.COM-a repçi Anar Nağılbaz milli televiziyalarımızda olan problemlərlə bağlı danışarkən söyləyib.

O qeyd edib ki, xarici televiziya məkanlarında efirlərin xüsusi istiqamətləri, yönü olur, məsələn, proqramları günün saatlarında tamaşaçıların yaş həddinə uyğun olaraq günün saatlarında tənzimləyirlər: “Amma bizim televiziyalarda sanki həftəbecər kimi, insanların psixologiyası ilə oynayan, yaş dərəcəsini nəzərə almadan, tamaşaçıları qıcıqlandıran verilişlər hazırlayırlar. Elə verilişlər var ki, ona bütün ailə ilə baxmaq olar, amma elələri də var ki, o proqramlara müəyyən yaş həddində olan insanlar tamaşa edə bilər. Bu məsələlərə ciddi diqqət yetirilməlidir. Amma təəssüf ki, bir çox hallarda televiziyalarda bu məqamlara diqqət yetirilmir. Bir sıra verilişlər insanların psixologiyasını korlayır və səviyyəsizdir.

Efirlərdəki proqramlar televiziyanın rəhbərindən tutmuş kollektiv əməyin məhsulu olduğu üçün məsuliyyəti də hər kəs anlamalı və daşımalıdır. Bir çox verilişlər insanların psixologiyasını korlayır və səviyyəsizdir. Televiziyarda ən çox baxılan verilişlər tok-şoulardır. O tok-şouları da səviyyəli proqram adlandırmaq olmaz”.

Orxan 

OXŞAR XƏBƏRLƏR