Anarın öldürdüyü çempionun atası: "Bu siçovulu tapıb..."

Anarın öldürdüyü çempionun atası: "Bu siçovulu tapıb..."
DÜNYA
10:27 30.08.2017
1488

Rusiyanın Xabarovsk şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionu Andrey Draçovu vəhşicəsinə döyərək öldürən azərbaycanlı kiqboksçu Anar Allahverənov hələ də tutulmayıb və gizlənir.

Draçovun dostları və atası ötən gün onun məzarı başına toplaşaraq qatilin hələ də azadlıqda qalmasına diqqəti cəlb ediblər və hüquq-mühafizə orqanları Allahverənovun axtarışlarını sürətləndirməyə çağırıblar.

"Bizim bura toplaşmaqda məqsədimiz odur ki, polislər hər şeyi görsün. İstəyirik ki, onlar Andrey Draçovun qatilini axtarmağı yaddan çıxarmasınlar, bunu sürətlə və diqqətlə həyata keçirsinlər. Biz nəticə gözləyirik. Mən Azərbaycandan olan bir oğlanla danışdım, o dedi ki, diaspora Anarın hərəkətini dəstəkləmir, heç kim onu burada gizlətmir və harasa qaçmasını maliyyələşdirməyib, o burada gizlənir", - həlak olan idmançının dostu Aleksey Şapovalov bildirib.

Draçovun atası isə deyib ki, oğlunun öldürülməsinin milli düşmənçilik kimi qarşılanmasını istəmir. 

"Millət günahkar deyil, konkret adam günahkardır. Polis üçün həmin adamı tapıb Rusiya qanunlarına görə cəzalandırmaq şərəf məsələsidir. Bu sıçovulu, vəhşini tapmaq və ədalət mühakiməsinə vermək lazımdır. Baş verənlər sərxoş halda adi dava-dalaş deyil, vəhşicəsinə qətldir. Bu cür adamlar azadlıqda gəzməli deyil, həbsxanada oturmalıdır. Televizorda göstərdikləri videorolik dördüncü epizoddur. Andrey o vaxt artıq ölümcül yaralanmışdı, onun almacıq sümüyü sınmışdı. Anar onu yerdə yıxılmış vəziyyətdə döyəndə Andreyin burnu sınmışdı, o, sadəcə, sümük qırıntılarını beyninə doldurub. Bu mənzərə mənim gözlərim qarşısında canlanır", - Konstantin Draçov bildirib.

 

Oğlu öldürülən ata xahiş edib ki, heç kim bu hadisəyə görə qisas almağa çalışmasın. O deyir ki, dava 30 dəqiqəyə yaxın davam edib, həmin müddət ərzində hadisə yerinə "Rosqravrdiya"nın əməkdaşları gəlib və davaya müdaxilə etməyib. "Məni hiddətləndirən budur", - Konstantin Draçov deyib.

Xatırladaq ki, bu hadisəyə görə "Rosqvardiya"nın iki əməkdaşı barədə cinayət işi qaldırılıb. Onlar vəzifə səlahiyyətlərinə səhlənkar yanaşmaqda və nəticədə insan ölümünə bilməyərəkdə səbəb olmaqda günahlandırılırlar. Təhqiqatı "Rosqvardiya"nın Şərq dairəsi üzrə komandanı, general İqor Qrudnov nəzarətinə götürüb.

///virtualaz.org

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
15:56 07.03.2026
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
15:48 07.03.2026
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
15:31 07.03.2026
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
15:21 07.03.2026
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı
15:05 07.03.2026
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı