Qobustan həbsxanasının əməliyyat aparatı tərəfindən müəssisəyə qeyri-adi üsulla mobil telefonların və narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən 29 yaşlı, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Kərimov Rövşən Həsənəli oğlunun yanına uzunmüddətli görüşə gəlmiş anası Kərimova Zərəfşan İsfəndiyar qızının gətirdiyi sovqata baxış keçirilən zaman ağ rəngli qazanın içərisinə kustar üsulla qaynaq edilmiş dəmir parçasının alt hissəsində gizlədilmiş 2 ədəd mobil telefon, 2 ədəd ehtiyat qidalandırıcı hissə, 1 ədəd “sim” kart və 1 ədəd bükülüdə yerləşən ümumi çəkisi 5,960 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb. Fakt üzrə müvafiq araşdırmalar aparılır.
//Ans Press