Anası Murad üçün qız axtarışına çıxdı

Anası Murad üçün qız axtarışına çıxdı
MAQAZİN
11:21 18.04.2025
364
Türkiyəli sevilən müğənni Murat Boz ötən gecə İstanbulda konsert verib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi konsert zamanı dinləyiciləri ilə məzəli söhbətlər edib.
 
Gecədə onu izləməyə gələn anasını görən Murat Boz subaylıqdan şikayətlənib:
 
"Anam indi mənim evlənməyimi, nəvələrinin olmasını çox istəyir. Hər gün dayanmadan mənə qız şəkilləri göndərir. Soruşuram, bu kimdir? Deyir ki, yaxşı qızdır, məktəbdə dərs deyir. İşlər artıq o yerə gəlib çatıb ki, anam mənim evlənməyim üçün qız axtarır".
 
Aysel
OXŞAR XƏBƏRLƏR