Anasını necə öldürəcəyini “ChatGPT”dən soruşub - Azərbaycandakı qətlin təfərrüatı

Anasını necə öldürəcəyini “ChatGPT”dən soruşub - Azərbaycandakı qətlin təfərrüatı
SOSİAL
00:18 10.03.2026
1597
Xaçmazın Qadaşoba kəndində 1982-ci il təvəllüdlü anası Kifayət Lətifovanı qətlə yetirən 16 yaşlı gənc məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM "Teleqraf"a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Lətifov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində qətlə səbəb kimi anasının "TikTok"da tanımadığı şəxslə səmimi yazışmalarını göstərib. Bu yazışmaları görən gənc Kifayət Lətifovaya 15 bıçaq zərbəsi endirərək onu öldürüb.

Maraqlıdır ki, gənc oğlan qətldən öncə "ChatGPT" ilə söhbətləşib. Onun telefonuna baxış keçirilən zaman "ChatGPT" ilə yazışması aşkar olunub. Həmin mesajlarda təqsirləndirilən şəxs süni intellektdən anasını öldürməsinin üsul və vasitələrini, anasını öldürdükdən sonra törətdiyi hadisənin hüquqi nəticələrini və az cəza almaq üçün istintaqa necə ifadə verməli olduğunu soruşub.

Hadisə zamanı A.Lətifovun atası və qardaşı evdə olmayıblar. O, daha sonra qonşuluqda yaşayan əmisigilə gedib və anasını öldürdüyünü deyib. Gənc oğlan əməlindən peşman olduğunu bildirib.

Məhkəmədə K.Lətifovanın "TikTok"da yazışdığı iddia olunan şəxs də ifadə verib. O, həmin şəxsi tanımadığını, evli olduğu üçün mesaj bölməsinə başqa qadınlardan gələn SMS-lərə baxmadan sildiyini bildirib:

"Ümumiyyətlə, "TikTok"da mesaj bölməsində operativ cavab kimi üç "smayl" işarəsi var - ürək, gülüş və ağlamaq.

Mən də həmin şəxsə bir dəfə ürək "smaylı" atmışam. Qarşı tərəf özünü təqdim etməyib.

Cinayət işi ilə bağlı prokurorluğa dəvət olunmağıma dair çağırış vərəqəsi göndəriləndə, "TikTok"da xəbəri görəndən sonra qadının kim olduğunu bilmişəm. Lakin qadının ölümü ilə aramızda nə kimi əlaqə olduğunu bilməmişəm".

Qeyd edək ki, A.Ləitfov cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində iki qardaş qətlə yetirilib
21:50 05.11.2026
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində iki qardaş qətlə yetirilib
Türkiyədə üç fərqli yerdə səkkiz nəfər öldürüldü: Şübhəli şəxs müəyyən edildi
21:46 05.11.2026
Türkiyədə üç fərqli yerdə səkkiz nəfər öldürüldü: Şübhəli şəxs müəyyən edildi
Paraqvay prezidenti istefa verib
21:37 05.11.2026
Paraqvay prezidenti istefa verib
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
21:28 05.11.2026
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
21:20 05.11.2026
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
21:04 05.11.2026
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib