Anasının yanında söyülən gəlin ərini öldürdü

Anasının yanında söyülən gəlin ərini öldürdü
DÜNYA
14:01 24.11.2016
1722

 

Türkiyədə cinayət hadisəsi qeydə alınıb.

Bursada 26 yaşlı E.Ç. ərini bıçaqlayaraq öldürüb.

Hadisə Osmanqazi mahalında baş verib. E.Ç. əri ilə evdə oturarkən anası və bacısı onlara qonaq gəliblər. Bir müddət söhbətdən sonra ər-arvad arasında mübahisə yaranıb. Onlar dalaşıblar. Bu anda ər E.Ç.-ni təhqir edib, onu evdən qovub. Anasının və bacısının yanında söyülən qadın bunu qüruruna sığışdıra bilməyib. O, mətbəx bıçağı ilə ərini yaralayıb. Ağır yaralanmış ər xəstəxanaya çatdırılsa da, o, həyatını itirib.

E.Ç. həbs edilib. Məlum olub ki, o, narkotik istifadəçisidir.

///Milli.Az
OXŞAR XƏBƏRLƏR