'Ancaq bu çox uğursuz bir piar addım idi' - Ceyhun Osmanlı

Bütün Xəbərlər
18:15 18.02.2013
1626

Ermənistan prezidenti Serj Sarkisyanın ailəsi haqqında çəkilmiş filmin Rusiya telekanalında yayımlanması bir daha göstərir ki, o, tamamən Rusiyanın namizədidir.

Bunu Gün.Az-a millət vəkili Ceyhun Osmanlı Ermənistan prezidentinin ailəsinə həsr olunmuş və 250 min dollara çəkilmiş “Zamujem za prezidentom” (“Prezidentlə nikahda”) filminin Rusiyanın “Rossiya 24” telekanalında nümayiş olunmasına münasibət bildirərkən deyib.Sözügedən filmin prezident seçkilərindən bir neçə gün öncə yayımlanmasına diqqət çəkən millət vəkilinin sözlərinə görə, bu filmi yayımlamaqla bir növ Rusiya Ermənistan xalqına mesaj verdi ki, biz Sarkisyanı dəstəkləyirik, yəni, o tamamən Rusiyanın namizədidir:“İkincisi, Ermənistan sosial, humanitar, iqtisadi, mədəni cəhətdən tənəzzül yaşayır. Son 20 ildə ölkəni 2 milyon insan tərk edib. Heç bir müharibə vasitəsilə belə bu qədər insanı öz doğma yurd-yuvalarından uzaqlaşdırmaq olmazdı. Amma ermənilər özləri 2 milyon insanı özlərinin siyasətinə qurban verərək yaşadıqları bölgədən köçməsinə səbəb oldu. Bununla da tarixi erməni xülyası puç olur.Çünki ermənilərin başlıca məqsədləri bu bölgəyə Suriya, Livan, Türkiyə və başqa ölkələrdən daha çox erməni köçürmək idi. Onlar son 200 il ərzində bu köçürmələri davam etdiriblər. Amma son iki əsrdə həyata keçirdiyi siyasəti cəmi 20 ildə yerlə yeksan etdilər. Buna görə də seçki öncəsi öz uğursuzluqlarını ört-basdır etmək üçün dekorativ xarakterli addımlar atmağa başlayıblar. Bu da həmin siyasətin bir hissəsidir”.C.Osmanlı adıçəkilən filmin tamamən sifarişli film olduğunu və Sarkisyan rejimini hakimiyyətdə görmək istəyən qüvvələr tərəfindən maliyyələşdirildiyini də bildirib:“Heç kəsə sirr deyil ki, hazırda Ermənistanda hakimiyyətdə olanların böyük əksəriyyətinin biznesi Rusiyadadır. Ümumiyyətlə, Ermənistanın özü bu gün Rusiyanın bir biznesidir. Həm siyasi, həm də iqtisadi biznesinin tərkib hissəsidir. Ona görə ki, Ermənistanın ən böyük korporasiyaları borc qarşılığında Rusiya tərəfindən özəlləşdirilib. Ermənistanın ərazisi isə Rusiya ordusu üçün pulsuz dayanacaq funksiyasını yerinə yetirir.Digər tərəfdən hesab edirəm ki, Sarkisyan bu filmlə həm də Qərbə bir mesaj vermək istəyib. Çünki Qərbin müəyyən dairələri, xüsusən də Avropa təşkilatları bu seçkiyə birmənalı yanaşmırlar.Bu baxımdan Sarkisyanın ailəsi ilə bağlı belə bir filmin çəkilməsini bir piar addım kimi də dəyərləndirmək olar. Ancaq çox uğursuz piar addım idi”- deyə, millət vəkili vurğulayıb.

OXŞAR XƏBƏRLƏR