Ancelina Coli Lampeduza sakinlərinə təxminən 20 minədək qaçqını qəbul etdiklərinə görə təşəkkür edib. O, qaçqınların qaldığı mərkəzə baş çəkərək onlarla söhbət edib və qaçqınlıq zamanı ölən insanların xatirəsinə təşkil olunmuş tədbirə qatılıb.
Regionda səfərdə olan BMT-nin qaçqınlar üzrə rəsmisi Antonio Quterres isə Avropa ölkələrini qaçqınlar üçün qapılarını açıq saxlamağa çağırmağa hazırlaşdığını deyib.
Xatırladaq ki, Ancelina Coli bundan iki gün əvvəl Türkiyənin Suriya ilə sərhəddinə baş çəkərək orada sığınacaq tapmış minlərlə suriyalı qaçqının vəziyyəti ilə tanış olub. Apreldə isə məşhur akrisa Liviyadakı əməliyyatlarla əlaqədar qaçqın böhranı yaşayan Tunisə baş çəkmişdi.
/// ANS