Elmira Rəhimovanın doğum günüdür

Elmira Rəhimovanın doğum günüdür
MƏDƏNİYYƏT
10:17 13.08.2025
1720
Bu gün Azərbaycanın Xalq artisti Elmira Rəhimovanın doğum günüdür. Onun 84 yaşı tamam olur.

AZXEBER.COM xəbər verir ki, Xalq artisti Elmira Rəhimova 1941-ci il 13 avqust tarixində Bakıda anadan olub. Paytaxtdakı 8 nömrəli orta məktəbdə təhsil alıb. Kiçik yaşlarından hind musiqisinə vurğun olub.

E.Rəhimova 1955-ci ildən M.Maqomayev adına Mahnı və Rəqs Ansamblının solisti kimi tanınıb. 1965-ci ildə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda Seyid Şuşinskinin sinfini, daha sonralar isə Azərbaycan Dövlət Dillər  İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib.

Elmira Rəhimovanın repertuarına Azərbaycan xalq mahnıları, təsniflər, bəstəkar mahnıları daxildir. Ən maraqlı və həyatının unudulmaz anlarından biri 1957-ci ildə Hindistanın Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə bu ölkəyə getməsi, üç il orada klassik hind rəqs sənətini mənimsəməsidir.

Xatirələrin birində istedadlı müğənni bildirir ki, ifasında Azərbaycan mahnılarını dinləməyi çox sevən Cəvahirləl Nehru bayram günlərində onu da rəsmi ziyafətlərə dəvət edərmiş. O, hətta bu azərbaycanlı qızı "Miradi” - deyə çağırarmış ("Mira” hindcə, "sənət ilahəsi” deməkdir).

Elmira Rəhimovanın istər yaradıcılığında, istərsə də həyatında Hindistanla mədəni əlaqələrin mühüm rolu olub. 1961-ci ildə yenidən Hindistana dəvət olunmuş müğənni oradan qayıtdıqdan sonra müxtəlif musiqi ansambllarında çıxış edib.

Hindistanda keçən günlər Elmira Rəhimovanın həyatında çox unudulmaz xatirəyə dönüb. O, burada Baş nazir Cəvahirləl Nehru, onun qızı İndira Qandi, eləcə də məşhur kino ulduzları Raç Kapur, Qopal, Nərgiz və digər tanınmış simalarla tanış olub.

Hindistan şahzadəsinin ona elçi düşməsi isə o dövrdə Azərbaycanda səs-küyə səbəb olmuşdu. Amma onda Elmira Rəhimova öz vətənində  -  Azərbaycanda ailə qurmağa üstünlük vermişdi. 

E.Rəhimova Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edib. Onun ifa etdiyi "Ana laylası”, "Küsüb məndən”, "Sənin gülüşlərin”, "Mən anayam” kimi mahnıları müğənniyə əbədi şöhrət qazandırıb.

1967-ci ildə respublikanın Əməkdar, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Elmira Rəhimova 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olub. Sənətçi dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib.

Sənətçinin bir oğlu və iki nəvəsi var.
 
Aysel
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
20:50 16.10.2026
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:02 16.10.2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
20:00 16.10.2026
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib