Ançelottinin Qvardiola üzərindəki qələbələri: Heç bir məşqçi bunu bacarmayıb

İDMAN
19:06 18.04.2024
172
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Pep Qvardiolanın komandasını 3 dəfə Çempionlar Liqasından kənarlaşdıran ilk məşqçi olub.

İndiyədək müasir futbolda heç bir məşqçi bunu bacarmayıb.

Ançelotti Qvardiolanı ilk dəfə 2014-cü ildə Çempionlar Liqasının yarımfinalında "Real Madrid" "Bayern"i məğlub edəndə (1:0, 4:0) qalib gəlib.

İtaliyalı mütəxəssis ikinci dəfə 2022-ci ildə "Mançester Siti"nin hazırkı baş məşqçisini məğlub edib.
Ötən gün də UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyununda Ançelotti "kral klubu"nun sükanı arxasında Qvardiolanın "Siti"sinə qalib gələrək (3:3, 3:4) turnirin finalına yüksəlib.

Qeyd edək ki, "Real" Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə, digər yarımfinalda "Borussiya" PSJ ilə qarşılaşacaq.

OXŞAR XƏBƏRLƏR