AZXEBER.COM xəbər verir ki, partlayış Kızılay Meydanında, Güvənparkda, Atatürk bulvarında, metronun çıxışında baş verib. Ətrafda olan nəqliyyat vasitələrinin bir çoxu, o cümlədən də bir bələdiyyə avtobusu yanıb. Partlayışın nə səbəbdən baş verməsi hələlik məlum deyil.
FOX TV xəbər verir ki, partlayışın baş verdiyi yer paytaxtın ən mərkəzi yerdir, 1 nömrəli protokol yolu buradan keçir. Baş nazirlik də bu bölgədə yerləşir.
Telekanal hadisə yerinə çox sayda təcili tibbi yardım maşınlarının yollandığını bildirir.