Ankarada NATO Zirvəsinə start verildi

Ankarada NATO Zirvəsinə start verildi
DÜNYA
12:07 07.07.2026
177
Ankarada NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı işə başlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sammit Müdafiə Sənayesi Forumu ilə açılıb.

Forumda çıxış edən NATO-nun Baş katibi Mark Rutte alyansın hava imkanlarının daha da gücləndiriləcəyini bildirib. Onun sözlərinə görə, NATO müttəfiqləri birgə donanmanın genişləndirilməsi məqsədilə "Airbus" şirkətindən 12 ədəd A400 təyyarəsi alacaqlar.

Qeyd edək ki, iki gün davam edəcək NATO Zirvəsində alyansa üzv 32 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər.
OXŞAR XƏBƏRLƏR