Ankarada terakt törədən qızın atası cənazədən imtina etdi
DÜNYA
23:18 14.03.2016
1738
Dünən Türkiyədə terror aktı törədən tələbə qızın atası onun meyidini qəbul etməyib.Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Dəmir DNT testləri ilə əlaqədər Tekirdağa cağırılıb. O, ifadəsində qızının bu cür hadisələrə qoşulduğu üçün məyusluğunu bildirərək, cənazəsini belə qəbul etmədiyini deyib."Qızım məktəbi Mərmərədə oxuyub. 2012-ci ildə Balıkəsir Universitetinə qəbul oldu. Ora gedəndən sonra onunla əlaqəmiz kəsilib. İndi xəbərim olub ki, bu cür hadisələrə qoşulub. Qoşulubsa mənim elə qızım yoxdur, meyidi də qəbul etmirəm".Qeyd edək ki, dünən Türkiyənin paytaxtı Ankarada 34 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə şübhəli bilinən Balıkəsir Universitetinin tələbəsi Səhər Çağla Dəmirin olduğu müəyyənləşib.