Ankarada terror qurbanları: hələ yeni sevgilərini etiraf edən cütlük və … – FOTOLAR

Ankarada terror qurbanları: hələ yeni sevgilərini etiraf edən cütlük və … – FOTOLAR
DÜNYA
17:34 14.03.2016
9726
Ankara terrorunda həlak olan gənclərin həyat hekayələri hər kəsi kədərləndirib. 
Gənc qurbanlardan olan 16 yaşlı Destina Pəri Parlakın partlayışdan əvvəl və sonra çəkilmiş fotosu dünəndən sosial şəbəkələrdə paylaşılır. Ən böyük xəyalı universitetə girmək olan Pəri 10-cu sinifdə oxuyurdu. Onu tanıyanlar çox çalışqan bir şagird olduğunu, sadə və dürüstlüyünə görə çox sevildiyini qeyd ediblər:
“Atası hələ o doğulmamışdan öncə vəfat edib. Həyatda anasından başqa bir tutunacaq insanı yox idi. Pəri dünyanın ən saf insanı idi. Adı kimi özü də pəri idi. Nə qədər xəyalları var idi”.
Partlayışda həyatını itirənlər arasında 20 yaşlı hüquq fakültəsinin birinci kurs tələbəsi Nusrettin Can və sevgilisi Zeynəb Başak da olub. Axşam evə qayıdan zaman dayanacaqda avtobus gözləyən gənclər dəhşətli hadisənin qurbanı olublar.
Dayanacaqda avtobus gözləyən 23 yaşlı Kərim Sağlam və 15 yaşlı Atakan Eray Özyol da terror qurbanı olub.Universitet tələbəsi olan Kərim həmin gün Eskişehirdən Ankaraya bacısını görmək üçün gəlmişdi. Hadisə baş verən zaman avtobus gözləyən Kərimin bir müddət sonra acı xəbəri ailəsinə çatıb. Bacısı sosial şəbəkədə şəklini paylaşaraq “Ciyərimi söküb getdin. O bombalar mənə gəlsəydi, mən ölsəydim, qardaşım” sözlərini yazıb.
19 yaşlı Elvin Buğra Arslan anası ilə sonuncu dəfə telefonla danışanda “avtobusa minirəm, narahat olma” deyib. Universitet tələbəsi elə avtobusa mindiyi zaman terror hadisəsi yaşanıb və Arslan həyatını itirib. Musiqi ilə maraqlanan gənc idmanın bir neçə növü ilə həvəskar məşğul olurdu.
qafqazinfo.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək