Ankarada terror törədən qız jurnalist işləyibmiş – Canlı bombanın DOSYESİ

DÜNYA
16:10 14.03.2016
2225
Ötən gün Ankarada terror aktı törədən tələbə qız Səhər Çağla Dəmir bir müddət jurnalist işləyib.O, “Cumhuriyet” qəzetinin əməkdaşı olub.Terrorçu qız 1992-ci ildə Qars şəhərində anadan olub. O, Balıkəsir Universitetində turizm və otelçilik ixtisası üzrə təhsil alıb.2013-cü ildə ailəsi onun itkin düşməsi barədə polisə müraciət edib və araşdırma zamanı məlum olub ki, Səhər Çağla Dəmir PKK silahlılarına qoşularaq dağa çıxıb. Bir müddət sonra Balıkəsirə qayıdan tələbə qız saxlanılıb və haqqında cinayət işi açılıb.Onunla birgə 4 tələbə yoldaşı da məhkəmə qarşısına çıxarılıb.
OXŞAR XƏBƏRLƏR