Türkiyə Cümhuriyyətinin Ankara şəhərində yerləşən Ankara Pursaklar Ayyıldız Litseyində Şagirdlərin təşəbbüsü ilə Xocalı haqqında tədbir keçirilib. Qonaq qismində qətliamdan xilas olmuş Xədicə Orucova ve Türkiyə - Azərbaycan Birliyinin həmsədri Kəbutər Haqverdi iştirak ediblər. Tədbiri giriş sözü ilə litseyın müdiri Mehmet Şahintaş açıb. Daha sonra tarix litseyin müəllimi Tuğay Aydın, Pursaklar rayon xalq təhsil şöbəsinin müdiri Mustafa İnal, tədbirin təşkilatçıları olan şagirdlər Sinem Döngül, Münevver Kaya çıxış edib Xocalı faciəsi haqqında fikirlərini bölüşüblər.
Türkiyə - Azərbaycan Birliyi məktəbə Azərbaycan – Türkiyə Birliyinin nəzdində fəaliyyət göstərən Xocalı fondu adından qətliamla bağlı dvd – lər, Heydər Əliyev Fondunun çəkdiyi sənədli lentlər- Qarabağ davasının və Xocalı qətliamından bəhs edən sənədli filmləri hədiyyə ediblər.
Qətliam gecəsindən danışan Xədicə Orucovanın söhbətləri öyrəncilərin xüsusi marağına səbəb olub. Tədbirin sonunda bütün il ərzində Xocalı qətliamı “Qarabağ savaşı və ümumilikdə ermənilərin türklərə qarşı törətdiyi qətliamlar tarıxı 1915-1993” adlı tədbirlər planı müzakirə olunub. Litseyin müdürü şagirdlərin istəklərini nəzərə alıb “Kar kan rengiydi o gece” kitabından 10 ədəd məktəb kitabxanası üçün alıb.Oktay Hacımusalı