Anqolada qızıl mədənində torpaq sürüşməsi: 28 nəfər öldü

Anqolada qızıl mədənində torpaq sürüşməsi: 28 nəfər öldü
DÜNYA
03:34 25.05.2026
428
Anqolanın şimal-qərbində qanunsuz qızıl hasilatı aparılan mədəndə torpaq sürüşməsi nəticəsində azı 28 nəfər həlak olub.

Bu barədə Anqola İnformasiya Agentliyi hadisənin baş verdiyi Benqo əyalətinin hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, dörd nəfəri xilas etmək mümkün olub. Benqo polisinin rəsmi nümayəndəsi bildirib ki, ölənlərin hamısı 18-40 yaş aralığında olan kişilərdir.

Şahidlərin sözlərinə görə, insanların ölümünə təpədən qəfil qopan iri torpaq qatının mədəni örtməsi və dərinlikdə olan şəxslərin orada qalması səbəb olub.

Xilasetmə briqadaları mədəndə təcili işləri davam etdirirlər. Hazırda rəsmi olaraq iki nəfərin itkin düşdüyü bildirilsə də, yerli sakinlər yerin altında daha 70 nəfərə qədər insanın qala biləcəyini iddia edirlər.

Torpaq sürüşməsinə səbəb kimi Anqolanın bu hissəsində artıq üçüncü gündür davam edən güclü yağışlar göstərilir.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR