ANS-çilər Çingiz Mustafayevi yad etdilər

ANS-çilər Çingiz Mustafayevi yad etdilər
MEDIA
17:15 29.08.2013
2962
Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür. Bununla əlaqədar yaxınları, ailə üzvləri, dostları, həmkarları, ANS-çilər və sadəcə onu tanıyanlar Şəhidlər Xiyabanında Çingiz Mustafayevin məzarını ziyarət edib.Ziyarətçilər arasında ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, vitse-prezidentlər Seyfulla Mustafayev, Mir Şahin Ağayev, ANS Şirkətlər Qrupu prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov, ANS ŞQ-yə daxil olan qurumların əməkdaşları var idi. Milli Qəhrəmanın məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.Xatırladaq ki, Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu, Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider simasında təqdim etməkdə idi.Çingiz Mustafayev 1991-ci ildən Dövlət Televiziyasında reportyor kimi fəaliyyətə başlayıb. Lakin mövcud senzuraya görə, “215 KL” studiyasını yaratmaq qərarına gəlib. 1992-ci ilə qədər Çingiz Mustafayev bütün döyüş bölgələrindən ən operativ xəbərləri Azərbaycan xalqına çatdırıb. Ölkədə onu müxtəlif reportajları ilə tanısalar da, dünya Çingizi daha çox Xocalıdan çəkdiyi kadrlarla tanıyıb. Çingiz Mustafayev 1992-ci il, iyunun 15-də, Əsgəran rayonunun Naxçıvanik kəndində peşə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub.Çingiz son nəfəsinə qədər kamerasını söndürməyib və beləliklə də ölməzlik zirvəsini fəth etmiş olub. Ölümündən sonra, 1993-cü ildə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
22:38 25.06.2026
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ