ANS-də bu verilişlər bağlandı

ANS-də bu verilişlər bağlandı
MEDİA
15:21 30.09.2015
4098
ANS telekanalında yayımlanan maqazin tipli verilişlərin yayımı dayandırılıb.
AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, bunlar arasında həftə içi yayımlanan "Şokolad" və şənbə günü efirə gedən "A-dan Z-yə" proqramları da yer alıb.
"Şokolad"ın aparıcısı Ülviyyə Alovlu əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib:
"Bu ANS-in yeni proqram siyasətidir. Verilişin yayımı müəyyən vaxta qədər dayandırlıb. Bununla bağlı geniş açıqlama verməyə ixtiyarım yoxdur. Ən yaxşısı - məsələyə telekanalın rəhbərliyi aydınlıq gətirsin".
Qeyd edək ki, ANS-də yayımlanan "Günə baxan" verilişinin də formatı dəyişdirilib.
OXŞAR XƏBƏRLƏR