İki teleaparıcı telekanaldan getdi.
“Günəbaxan” verilişinin ardınca ANS-də daha bir verilişin aparıcısı dəyişdirilib.
AZXEBER.COM publika.az-a istinadla məlumat verir ki, “Əslində mən” verilişinin aparıcısı Zabir Əliyevi həmkarı Lətafət Ələkbərova əvəzləyib.
L.Ələkbərova məlumatı təsdiqləyib və bildirib ki, bu mövsümdən sözügedən verilişin aparıcısı olacaq:
“Təklif telekanal rəhbərliyindən gəldi, mən də məmnuniyyətlə qəbul etdim. İnanıram ki, müəyyən fasilədən sonra tamaşaçılarla görüşüm maraqlı alınacaq”.
Qeyd edək ki, bu, yeni mövsümdə ANS-də olan ilk aparıcı dəyişikliyi deyil. Belə ki, “Günəbaxan” verilişinin aparıcısı telekanaldan ayrıldığına görə onu Kamran Həsənli əvəzləyəcək.