ANS-dən bağlanma qərarına ilk reaksiya
Bakı Apellyasiya Məhkəməsi «ANS Müstəqil Yayım və Media» Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə iddianı təmin edib.
Prosesdən sonra ANS-in nümayəndəsi Raqif Mustafayev Azadlıq Radiosuna deyib ki, onlar bu qərarla razı deyillər: «Biz öz dəlillərimizi bildirdik, prosesdə buna etiraz elədik. Ancaq məhkəmə belə bir nəticəyə gəldi. Biz qərardan şikayət verəcəyik».
AzVision.az-ın əməkdaşı ANS rəhbərliyi ilə əlaqə saxlayaraq telekanalın lizensiyasını ləğv edilməsinə münasibət öyrənməyə çalışıb.
Mirşahin Ağayevə dəfələrlə zəng vursaq da, o telefonlara cavab verməyib.
“ANS” Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov isə artıq bu haqda danışmaq istəmədiyini deyib.
Hazırda məzuniyyətdə olduğunu deyən M.Məmmədov deyiləcək sözünün olmadığını vurğulayıb.