‘ANS həmişə işləyəсək və heç zaman satılmayaсaq’ – ANS şayiələrə cavab verdi

‘ANS həmişə işləyəсək və heç zaman satılmayaсaq’ –  ANS şayiələrə cavab verdi
MEDIA
23:10 14.01.2014
2051

Bu gün bəzi xəbər portallarında ANS-də ixtisarlar və s. barədə xəbərlər yayılıb və bu xəbərlər cəmiyyətdə xeyli əks-səda doğurub.

Bu xəbərlər sosial şəbəkələrdə də əsas gündəm müzakirəsinə çevrilib.

AZXEBER.COM xəbər verir ki, ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov ANS PRESS-ə verdiyi müsahibəsində cəmiyyəti maraqlandıran bu məsələyə aydınlıq gətirib.

- Mais müəllim, bir sıra portallar ANS-in müxbir məntəqələrinin bağlanması barədə xəbərlər yayıblar. Bunlar nə dərəcədə doğrudur? Doğrudanmı, ANS öz müxbir məntəqələrini bağlayır?

- Mən sizə deyim ki, hər il ANS rəhbərliyi yanvar ayında vəziyyətə baxır və kimlərlə müqaviləsini davam etdirməyə qərar verir. Biz də bir neçə müxbir məntəqəsi var: Amerikada, İngiltərədə, Rusiyada, Gürcüstanda, Gəncədə, Qarabağda müxbir məntəqələrimiz var. İndi bizdə iki müxbir məntəqəsi - Göyçay və Cəlilabad məntəqələri bağlanıb. Birincisi, bu məntəqələr yaxındır, yəni özümüz də gedə bilərik. İkincisi, həmin məntəqələrin işi bizi qane etmir. Həm də Cəlilabad məntəqəsi Lənkərana çox yaxındır.

Ümumiyyətlə, bizim öz Akademiyamızda da yeni kadrlar hazırlayırıq. Baxırıq, kim işləmir, onları yeni kadrlarla əvəz edirik. Yəni məntəqələrin bağlanması yalandır. Biz məntəqəsiz necə işləyə bilərik? Bütün dünyadan xəbər alırıq. Bununla bağlı deyilənlər şayiədir. Biz həmişə kadr dəyişikliyi işini aparmışıq və bu il də aparacağıq. Yəni tək bizdə deyil, istənilən portalda, telekanalda bu iş gedir. Məsələn, biri qocalır, onu cavanla əvəz edirlər. Nəyə görə belə hay-küy qaldırırlar? Deməli kiməsə lazımdır. Kiməsə lazımdır ki, ANS adını yazsın ki, məqaləsi oxunsun. Özlərini reklam etmək üçün buna gedirlər. ANS tək Azərbaycanda deyil, bütün MDB məkanında birinci müstəqil telekanaldır. Hələ Rusiyada “NTV” yox idi, Azərbaycanda ANS vardı. Rusların bir sözü var: “Biz hamımız Qoqolun “Şinel”indən çıxmışıq”. İndi bizdə bütün müstəqil kanallar içində ANS həmişə birinci olub. Birinci yolu gedən üçün həmişə çətin olub.

Bizi bağlayırdılar da, tənqid edirdilər də, amma biz heç zaman dayanmırdıq. Bilirdik ki, bir anlığa belə dayanmaq olmaz. Və bu proses davam edəcək.

- Portallar həm də ANS-in satışa çıxarılması ilə bağlı da şaiyələr yayırlar? Bu, nə dərəсədə doğrudur?

- Bu, ən böyük şaiyədir. Sizсə, bayrağı, gerbi satmaq olarmı? ANS xalqın kanalıdır və həmişə xalqın yanında dayanaсaq. Kimin xoşuna gəlmir, gəlməsin: ANS həmişə işləyəсək və heç zaman satılmayaсaq. Neсə ki, ürəyi, namusu və qeyrəti satmaq mümkün deyil, ANS-i də satmaq olmaz.

Biz bu şayiələri yayanlarla məhkəmədə danışaсağıq. Niyə bizi ləkələmək istəyirlər? Çoxusu təzə açılmış portallardır. Oturub düşünürlər ki, neсə edək ki, qalxaq. Bu сür сəfəngiyyatlar uydururlar. Məhkəmə bunlara сərimə yazanda məlum olur ki, almağa bir kompüterdən başqa heç nələri yoxdur.

ANS Azərbaycan xalqının kanalıdır. Azərbaycanın müstəqillik tarixinin ən böyük arxivi ANS-dədir. Biz bu yolda bu qədər can qoymuşuq, yaralar almışıq. Bunu atmaq olarmı?

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev hazırda Şeyx Allahşükür Paşazadə ilə birlikdə Türkmənistanda səfərdədir. Biz ona zəng edib bu barədə məlumat vermişik. O, çox narahat olub. Bizə bildirib ki, millətə çadırın ki, ANS xalqın kanalıdır. Heç xalqın da kanalını satmaq olar? Kim bu barədə şaiyə yayıbsa, məhkəmədə cavab verəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib