ANS-in canlı efirində yayımlanan “Baş Xəbər Qənirə Ataşova” ilə verilişində qonaqların fikirləri geniş müzakirəyə səbəb olub.
AZXEBER.COM-un məlumatına görə, verilişdə qonaq kimi çıxış edən İradə Tuncay, Qanturalı və Əli Əkbər son günlər ən çox danışılan “Azercell”in reklam çarxında aktyorlar Rafael və Coşqunun qadın paltarı geyinmələri ilə bağlı fikirlərini bölüşüblər. Ancaq canlı efirdə səslənən fikirlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bununla bağlı “Youtube”da verilişin videosu yayımlanıb və yazarların Azərbaycan tamaşaçısını təhqir etdikləri bildirilib. Belə ki, verilişdə Azərbaycan tamaşaçısı səviyyəsiz adlandırılıb.
Qeyd edək ki, son günlər “Azercell”in çəkdiyi reklam çarxında Rafael və Coşqunun qadın paltarında çəkilməsi deputat Fazil Mustafanın sərt çıxışına səbəb olmuşdu. Bir müddət mətbuatın gündəmini işğal edən bu məsələ “Azercell”in reklam çarxının yığışdırması ilə nəticələnmişdi.