Ötən gecə ANS-in “Baş xəbər” proqramında texniki nasazlıq yaşanıb.
Canlı yayımlanan proqramın başlanğıcında texniki problem üzündən, ya nədənsə, aparıcı Natəvan Babayeva bir neçə dəqiqə gözləməli olub. O hətta əsəbini cilovlaya bilməyərək iki dəfə “pauzanız uzun oldu”-deyərək, həmkarı Vasif adlı şəxsə acıqlanıb. Kənardan gülüş səsləri ilə müşayiət olunan pauza növbəti dəfə uzanıb.
Bu aparıcıya təsirsiz ötüşməyib. Həyəcanı keçməyən Natəvan Babayeva qonağı ilə söhbətdə bir neçə dəqiqə özünü toparlaya bilməyib. /publika.az/