Fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş aparıcısı Alidə Mustafayevə AZTV-də ilk efirinə çıxıb.
Bu barədə Mustafayeva özü sosial şəbəkədə yazıb: "Bu gün Azərbaycan Dövlət Televiziyasında ilk efirim oldu. Hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, Alidə Mustafayeva ANS bağlanmazdan bir az öncə ATV-dən bu telekanala keçmişdi.











































