ANS-in əməkdaşına hücum etdilər - VİDEO

ANS-in əməkdaşına hücum etdilər - VİDEO
Bütün Xəbərlər
11:20 11.12.2012
2138

Göyçay Rayon MİS-in rəisi Loğman Əliyev telekanala məxsus kameranı alaraq özündə saxlayıb

ANS TV-nin əməkdaşlarına hücum olub. Bu dəfə belə bir “qəhramanlığa” imza atan Göyçay Rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Loğman Əliyev olub. O, televiziyanın bölgə müxbiri Gunel İsayeva və operator Rəşad Rəşidovu nalayiq sözlərlə təhqir edib, hətta onlardan kameranı alaraq özündə saxlayıb.ANS-in bölgə müxbiri G. İsayevanın verdiyi məlumata görə, bu gün onlar redaksiya tərəfindən təsdiq olunmuş mövzunu işləyərkən məmur özbaşnalığı ilə qarşılaşıblar. Belə ki, rayonun Qarabaqqal kəndinin sakinləri şikayət ediblər: “Onlar bizə bildirdilər ki, kəndin kənarına qanunsuz olaraq məişət tullantıları atılır. Başqa kəndlərin zibillərini də gətirib ora tullanılır. Bu da istər-istəməz mövsümü problemlər yaradır və kənd sakinlərinin narazılığına səbəb olub”.Müxbirin sözlərinə görə, məsələyə tam aydınlıq gətirmək üçün onlar adıçəkilən yerdə çəkiliş aparıblar. Sakinləri danışdıraraq onlardan bununla bağlı münasibətlərini lentə alıblar.“Hətta məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı ərazi üzrə şöbə müdiri Mübariz Hacıyev də münasibətini bildirib. O deyib ki, bu məişət tullantıları rayonun Ərəb kəndindən gətirilir və bunlar ora sadəcə atılmalı yox, basdırılmalıdır. Əks halda bu sakinlərə müəyyən mövsümü problemlər yaradacaq”, deyə G. İsayeva bildirib. Müxbir deyir ki, bundan sonra onlar bu işlə birbaşa məşğul olan və bu işə birbaşa olaraq cavabdeh olan Göyçay Rayon Mənzil Kommunal İstismar Sahəsinin mövqeyini öyrənməyə çalışıblar: “Bunun üçün də bu qurumun rəisi Loğman Əliyevlə əlaqə saxlayıblar. Əslində, onun telefonla dediyi şifahi fikirlərlə materialımızı yekunlaşdırmaq istəyirdik. Amma bizə dedi ki, əgər siz vicdanlı jurnalistsinizsə və vicdanlı jurnalistikanı təmsil edirsinizsə, onda onun da mövqeyini verək. "Biz razılaşdıq. On dəqiqədən sonra L. Əliyev işlədiyi MİS-in önünə gəldi və bizi otağına dəvət etdi. Sən demə, bu onun köhnə taktikasıdır. Biz onun otağına qalxdıqdan sonra o, qapını bağlayıb, bizi nalayiq sözlərlə təhqir etməyə başladı. Bir neçə dəfə mənə və operator Rəşad Rəşidova əl atdı. Televiziyaya məxsus videokameranın obtektivini qopartdı”, - deyə Günel İsayeva bildirib. Jurnalist deyir ki, “JEK” müdiri onların əlindən kameranı alaraq “siz kimsiniz ki, mənim ərazimdə məndən icazəsiz çəkiliş aparırsınız”, “Sizə bu ixtiyarı kim verib” deyərək, kameranı əlimizdən alaraq onları otaqdan çıxardı.G. İsayeva deyir ki, indi onlar bununla bağlı Göyçay Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Məsələni diqqətdə saxlayacağıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
15:25 25.06.2025
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
15:22 25.06.2025
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik