ANS-in əməkdaşını döyən vəzifəli şəxsə 6 il iş verildi – VİDEO

ANS-in əməkdaşını döyən vəzifəli şəxsə 6 il iş verildi – VİDEO
Bütün Xəbərlər
13:36 19.12.2012
2129

Bir müddət öncə Göyçayda ANS-in əməkdaşlarını döymüş Komunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyev bu gün 6 il müddətinə azadlıqdan məhrum olunub.

AZXEBER.COM-un “Teleqraf.com”a istinadən verdiyi xəbərə görə, L.Əliyevin həbsinə səbəb onun bir neçə ay öncə rayonda yaşlı qadını döyməsidir: “Xeyli müddət idi ki, məhkəmə təxirə salınırdı. Nəhayət, bü gün Loğman Abdullayevə Cinayət Məcəlləsinin 709-cu maddəsinin 2-ci bəndilə 6 il iş kəsildi”.

Qeyd edək ki, zərərşəkmiş qadının oğlu Göyçay rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşıdır. Onun digər qohumu isə MTN-də yüksək vəzifə tutur.

OXŞAR XƏBƏRLƏR