ANS-in iddiası üzrə növbəti məhkəmə iclası keçirilib

ANS-in iddiası üzrə növbəti məhkəmə iclası keçirilib
MEDİA
20:00 15.04.2014
1648
ANS-in məhkəməyə verdiyi saytlarla bağlı Yasamal rayon məhkəməsində növbəti məhkəmə iclası keçirilib.AZXEBER.COM-un məlumatına görə, məhkəmə iclasında qarşı tərəfdən İnterpress.az və Dünyatv.az saytlarının nümayəndələri iştirak ediblər.ANS MYMŞ-nın Hüquq Departamentindən verilən məlumata görə, məhkəməyə verilən digər saytların nümayəndələri prosesdə iştirak etməyiblər.Hakim məhkəmə predmetinə çevrilən yazıların ekspertizaya göndərilməsi ilə bağlı qərar verib.Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığı üçün bəzi saytları məhkəməyə verib. Həmin saytlar aşağıdakılardır: aznews.az, ınterpress.az, azvision.az, demokratiya.info, axar.az, publika.az, presspost.az, dunyatv.az, realxeber.az, etatist.com, xalqxeber.az, baymedia.az, avrasiya.net, marka.az.
OXŞAR XƏBƏRLƏR