ANS-dən aldığımız məlumata görə, hadisə zamanı maşında "Növbətçi" verilişinin müxbiri və operatoru olublar. Maşın arxadan vurulub və zərbənin gücündən beton maneəyə çırpılıbQəza nəticəsində ANS-in bir əməkdaşı yaralanıb. Yaralanan əməkdaş 1 saylı xəstəxanaya çatdırılıb.Xəstəxanadan Publika.Az-a bildirilib ki, ANS-in yaralanan əməkdaşı Rövşən İbrahimovdur. O xəstəxanaya kəllə-beyin travmasıyla daxil olub. Hazırda vəziyyəti normaldır.