ANS-in tanınmış aparıcısı işdən çıxdı – SƏBƏB

ANS-in tanınmış aparıcısı işdən çıxdı –  SƏBƏB
Bütün Xəbərlər
17:02 18.06.2013
4820

“ANS” televiziyasının tanınmış aparıcısı Zəminə Əliyeva bu gün mətbuatda onun işdən ayrılması ilə bağlı yayılan xəbərlərə facebook hesabında cavab yazıb.

AZXEBER.COM-un məlumatına görə, “Doğruya Doğru” verilişinin aparıcısı adıçəkilən proqramın həqiqətən bağlandığını və lahiyənin başa çatdığını bildirib:

“ Dəyərli dostlar! Bu gün müxtəlif informasiya agentliklərində mənim işdən uzaqlaşdırılmağımla bağlı yayılan məlumatlara istəməsəm də aydınlıq gətirməli olacağam. Məsələni olduğu kimi diqqətinizə çatdırıram. Veriliş əslində bağlanırdı.Mən də əmək məzuniyyətinə çıxmaqla bağlı ərizə yazmışdım. Xəbərlərin baş redaktoru Murad Hüseynov mənə demişdi ki, layihə bitdiyinə görə əmək məzuniyyətinə çıxırsanqayıtdiqdan sonra Baş xəbərə çıxacaqsan. Qəflətən ayın 15-də mənə dedilər ki, saat 1-də iclasda olmalısan.İclasa gələndə isə dedilər ki, bəs attestasiyadır, bilet paylanır.Mən də dedim ki, bu doğru deyil. Nazirlər Kabinetinin qərarı var ki, əvvəlcədən hazırliq aparılmalı və bu barədə məlumat verilməlidir. Bu hüquqlarımızın pozulmasıdır və hər dəfə verilişində dövlət məmurlarını bu və ya digər sahədə hesabat verməyə məcbur edən bir şəxs kimi bunu özümə təhqir hesab edirəm və tamamilə bu qanunsuzluqdur. Buna etiraz edərək , attestasiyada iştirakdan imtina edirəm. Ayin 17-də bunu mənə qarşı istifadə edərək , guya attestasiyaya etiraz kimi qəbul edərək , məzuniyyət haqqını ödəməkdən imtina edərək, mənə 2 aylıq öz hesabıma məzuniyyətə göndərildiyim bildirildi. Mən isə bu barədə şirkətin prezidenti Vahid Mustafayevə və baş direktoru Mir Şahin Ağayevə yazılı olaraq bildirdim ki, mənim jurnalistika fakultəsini fərqlənmə ilə bitirməyim, rus və xarici mənbələrdən daima jurnalistika nəzəriyyəsi ilə bağlı öyrəndiklərim və nəhayət 11 ilik televiziya təcrübəm , ən məsuliyyətli işləri yeri gələndə mənə tapşırmalarınız attestasiyadan kənara çəkilməyimə əsas verə bilməz , əksinə uğurlu iştirakı təmin edər. Mən sadəcə oyuna etiraz edirəm. Qanuna gəldikdə isə üzr istəyirəm, əmək məcəlləsinin 66-cı maddəsində deyilir ki, hamilə qadınları attestasiya olunmur. Digər bir bənddə də deyilir ki, bir vəzifədə 5 ildən az olan , məcburi köçkün statusunda olanlara da attestasiya şamil olunmur. Layihə rəhbəri vəzifəsində isə 2 ilə yaxındır çalışıram. Bütün bunlar isə kimin haqlı olduğunu müəyyənləşdirmək üçün məncə yetərlidir. Mən yalnız inanclarıma , bu illər ərzində zəhmətimə təəssüf edirəm. Bu qədər”.

OXŞAR XƏBƏRLƏR