ANS-in ulduz etdiyi Mina: "Dediyim kimi, mən Sovetski uşağıyam" (MÜSAHİBƏ)

ANS-in ulduz etdiyi Mina: "Dediyim kimi, mən Sovetski uşağıyam" (MÜSAHİBƏ)
ŞOU-BİZNES
00:40 10.09.2011
14684
Böyük uğur qazanmış «Hər şey istəyirəm» layihəsinin müəllifi Minanın 1news.az-a müsahibəsi: - Mina “Hər şey istəyirəm” mahnısının sözlərini özün yazmısan və elə ilk dəfə eşidilən kimi mahnı sürətlə populyarlaşıb. İki günə 40 min insan mahnını İnternetdən yükləyib, sosial şəbəkələrdə müzakirə olunursan. Mahnını yazanda, bu nəticəni gözləyirdin? - Bilirsiz, mən özümə çox güvənirəm. Amma açığı bu qədərini gözləmirdim. Hamı mənə deyir ki, çox fərqli tərzin var və onu da deyirlər ki, Azərbaycanda bu tərzdə mahnı oxuyan yoxdur. Əslində bu mahnını yazanda, qarşıma məşhur olmağı və belə sürətlə tanınmağı məqsəd qoymamışdım. Sadəcə, içimdən gələnləri və istəklərimi yazdım. Bu mahnının sözlərini iki günə yazmışam. Oturub fikirlərşdim ki, mən həyatdan nə istəyirəm. Tez tez bunu məndən soruşurdular, deyirdilər qarşına bir məqsəd qoy, işə düzəl, ya da ailə qur. Bir sözlə ciddi ol. Mən də bir gün oturdum və düşündüm ki, qoy istəklərimi yazım, hamı da görsün. Amma hamı deyəndə, mən əsla bütün Azərbaycanı nəzərdə tutmuram. Elə o sualı mənə verənlərə istəklərimi bildirmək istəyirdim. Axırda iş elə gətirdi ki, bu istəklərimi hamı gördü və mən belə başa düşürəm ki, sən demə bu yalnız mənim istəklərim deyil – iki günə mənimlə eyni şeyi 30 min adam istədi, özü də tək Azərbaycanda yox. - Mahnıda cəmiyyətə bir çağırış var. Bunu nə ilə izah edirsən? - Dediyim kimi, mən bu mahnıda özümün istəklərimi yazmışam, bu mənim günahım deyil ki, bunları istəyən tək mən olmadım. - Sən öz yaşına uyğun məntiqdən bir az yüksək şeylər haqqında fikirləşirsən. Məsələn, sən sevgi haqqında yaza bilərdin, yaxud yeniyetmə qızlara xas şeylərdən.. - Mən xahiş edərdim ki, mahnıya bir daha qulaq asasınız... Ümumiyyətlə, orada oxuduğum bütün ifadələrdə sevgi və ya nifrət var, sadəcə olaraq fərqli şeylərə fərqli dərəcədə. Ümumiyyətlə, xiyara xiyar demək, məncə, biraz kobud və maraqsızdır, ona görə mən öz mahnılarımda çalışıram həmən tərəvəzi daha yaradıcı ifadələrlə əvəz edim. Bəzi adamlar niyəsə hərşeyi hərfi mənada başa düşürlər. Belə şeylər məni darıxdırır, ləzzət eləmir... - Başqa nə istəyirsən? - İstəyirəm, 1news.az-da müsahibəmi oxumağa növbə olsun, oxuyub kef eləsinlər (gülür). - Bu sənin ilk klipindir? Bundan əvvəl klipdə çəkilmisən? - Yox, bundan əvvəl klipim olmayıb, mən hələ balacayam, hər şey qabaqdadır, İnşallah!.. - Bu klipin yaranması barədə nə deyə bilərsən? - İstəyirdim birdən olsun, göydən düşsün, asan olsun... – elə də oldu. Klipin musiqisini “Red Studio”da yazdım (Yaşar Baxış sağ olsun), videonu isə “Bakıfilm” studiyası çəkib (onlara təşəkkürümü bildirirəm, şəxsən Vaqif Əsədullayevə). Klipin ideyası özümündür. İş orasındadır ki, bu mahnını birinci dəfə anama oxuyanda, o dedi ki, çox göylə gedirsən, qızım... Mən də belə qərara gəldim ki, bir az aşağı dama enim. - Bəs zirzəmiyə necə düşdün? - Zirzəmidəki mən deyiləm... (gülür). Fürsətdən istifadə edib, təklifimə razılıq verib bu klipdə iştirak etdiyinə görə L-Naraya təşəkkür edirəm. O, doğrudan da super müğənnidir. Milyon maç-maçlar! - Repə müraciət etməyin nə ilə bağlıdır? Rep sənə digər musiqi janrlarında mümkün olmayan hansı imkanları verir? - Dediyim kimi, mən Sovetski uşağıyam (yeri gəlmişkən, bütün Sovetski məhəlləsinə atəşli salamlar) və meyxana bizim qanımızdadır. Və bir də ki, meyxana ilə daha çox fikir ifadə etmək olar. O ki qaldı repə, mən hələ Vaqif Mustafazadə adına musiqi məktəbində oxuyanda, biz elan etmişdik ki, rep meyxanadan yaranıb. Meyxanada, repdə azadlıqdır, gənclikdir və cayıllıqdır. Yəni hər kəsin işi deyil! - Sən Azərbaycan ifaçıları arasında fərqlənirsən. Elə ilk çıxışından fərqli olduğunu göstərdin. Özün bu fərqi nədə görürsən? - Ümumiyyətlə, hamı deyir ki, məndən söz çıxarmaq üçün kəlbətin lazımdır... Danışmaqdan daha çox oxumağı xoşlayıram. Amma zəhmət çəkib soruşursunuzsa, deyim. Sovetskidə böyümüşəm, 18 yaşım var, 19 yaşım sentyabrın 29-da olacaq... Və bu ad günüm münasibəti ilə artıq mina yox, bomba partlatmaq fikrindəyəm, qoy mamam sevinsin. 14-15 yaşımdan fərqli olduğumu hiss eləyirdim. Məsələn, bilirdim ki, səsim var, yaza bilirəm. Elə stilim də fərqli olub həmişə. Həmişə fərqli geyinirdim, saç düzümüm də o cümlədən. Sonra rəfiqələrim də mənə baxıb eynisini təkrar edərdilər. Hər şeyin birincisini mən eləmişəm. Çox inadkar uşaq olmuşam, nəyə əlimi uzatsam, onu mütləq almalıydılar. İstədiklərimə gec-tez nail olurdum. Elə ona görə də, məhəllədə mənim şıltaqlıqlığıma dözürdülər... Sağ olsunlar! - “Eurovision” mahnı müsabiqəsinin növbəti seçimində iştirak etmək niyyətin var?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir