ANS prezidentinin müşaviri efirdəki 'cin əməliyyatından' danışdı - AÇIQLAMA

ANS prezidentinin müşaviri efirdəki
MEDİA
15:03 13.01.2014
2358

“Hazırda xəstəyəm, yerdə yatıram”.

Bu sözləri ANS Şirkətlər Qrupu prezidentinin İctimaiyyətlə Əlaqələr üzrə müşaviri Mais Məmmədov söyləyib. O , son vaxtlar sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilən və sonuncu dəfə ANS televiziyasının "Adam İçində" verilişində nümayiş olunan “cin çıxarma” əməliyyatı ilə bağlı AZXEBER.COM-a danışarkən belə söyləyib.

M. Məmmədov verilişə baxmadığını və ANS-in sözügedən məsələylə bağlı heç bir münasibətinin olmadığını deyib:

“Sözün düzü mən bu verilişə baxmamışam. Ona görə də bir söz deyə bilmərəm. ANS rəhbərliyinin də məsələylə bağlı hansısa bir mövqeyi yoxdur. Hazırda xəstəyəm, yerdə yatıram”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının üzvü, qurumun fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə də sözügedən görüntülərdən sonra rəsmi olaraq açıqlama verərək, “cin çıxarma” əməliyyatını sərt tənqid edib.

Əfsələddin Ağalarov
OXŞAR XƏBƏRLƏR