ANS rəhbərliyindən istefalara reaksiya gəldi

ANS rəhbərliyindən istefalara reaksiya gəldi
MARAQLI
03:48 11.04.2011
2257
Şirkətdən istefa verən tanınmış jurnalistlərdən daha üçünün adı məlum olub. ANS-də uzun müddətdən bəri işləyən aparıcılar Anar Cəbrayıllı, Azadə Balayeva, Tural Əliyev və Elnur Hidayətoğlu, onlardan bir qədər əvvəl isə Zəminə Əliyeva da istefa verənlər arasındadır.

ANS prezidentinin müavini Mais Məmmədov isə "Yeni Müsavat"a açıqlamasında bu xəbərləri böyütməyin əleyhinə olduğunu dedi. Onun sözlərinə görə, yaradıcı mühitdə, iş dünyasında istefalar da, yeni işə qəbul olmalar da tamamilə adi haldır. Müsahibimiz adətən xanım işçilərin ailə həyatı quranda, analıq məzuniyyətinə çıxanda işdən ayrılmasının, kişi əməkdaşların isə öz karyerasını başqa yerdə davam etdirmək üçün çıxmasının normal hal olduğunu vurğuladı: “İşdir, kollektivdir, kimsə kiminləsə dalaşır, kiməsə daha sərfəli yerdə iş təklifi gəlir və çıxır. Bunu niyə böyüdürsünüz ki? Mən özüm 30 il Moskvanın müxbiri olmuşam, sonra da ərizə yazıb, işdən çıxmışam. Dəfələrlə xahiş ediblər ki, geri qayıdım, amma  qayıtmamışam. Jurnalist bu gün burda işləyir, sabah başqa yerdə. Bundan adi nə var?” 


Ancaq apardığımız araşdırma nəticəsində məlum olub ki, şirkətdə böyük narazılıqlar baş qaldırıb. Bu narazılıqlar əsasən teleşirkət rəhbərliyinin düzgün olmayan siyasətinin nəticəsi olaraq ortaya çıxıb. Özlərinə qarşı haqsızlıqlara dözməyən ANS-çilər getmək qərarına gəlib. Əvvəlcə 25-dək əməkdaş şirkəti tərk etmək üçün müraciət edib. Onlardan bəzilərini güc-bəla ilə geri qaytarmaq mümkün olsa da bəziləri istefalarında israr edib. Yaxın günlərdə həmin işçilərin də istefası gözlənilir.



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
22:53 17.10.2026
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
22:46 17.10.2026
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
Pakistanda 20 polis qaçırıldı
22:29 17.10.2026
Pakistanda 20 polis qaçırıldı
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
22:20 17.10.2026
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
22:08 17.10.2026
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü