Antalyanın Muratpaşa rayonunda səhər saatlarında 4 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza baş verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Anfaş yolunda yük maşınına çırpılan midibusun ardından bir avtobus və başqa bir yük maşını da qəzaya qarışıb.
Nəticədə sürücü Turgut Demir daxil olmaqla, 26 nəfər yüngül xəsarət alıb. Yaralıların həyati təhlükəsi yoxdur.
Oksana