Kibercinayətkarlar özlərini “islamçı veb mühəndislər” kimi təqdim edirlər. Onlar bir çox saytların poçtuna aşağıdakı mətni göndəriblər:“Hiyləgərlərin hiyləsini puça çıxaran Allahın adı iləOn ildən artıqdır ki, ABŞ, Qərb və İsrailin kəşfiyyat orqanları ilə əməkdaşlıq edən bəzi media qurumları, veb-saytlar İslam müqəddəsliklərinə qarşı ləyaqətsiz savaşa qalxıb. Müqəddəsliklərin müdafiəsi hər bir inanclı müsəlmanın əqidə borcudur.Bir qrup İslamçı veb-mühəndis düşmənlərin virtual hücumlarına cavab vermək qərarına gəlib. Bu günlərdə anti-islam saytların yaşayacağı problemləri bir cavab olaraq qəbul edin”.Texniki mütəxəssislər bu məktubun və Azərbaycana qarşı kiberhücumun hansı mənbədən aparıldığına dair ilkin araşdırma aparıb. Məlum olub ki, hücum və məktub İranda yerləşən ip-ünvandan və kompüterdən həyata keçirilir.