“Anti-terror əməliyyatlarının başlanması üçün zəmin yaranıb” - Deputat

SİYASƏT
14:03 16.11.2021
1144
"Mən düşünürəm ki, artıq anti-terror əməliyyatlarının başlanması üçün zəmin yaranıb”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
 
 
O, qeyd edib ki, Azərbaycan dövləti Ermənistana zaman versə də, hər bir səbrin tükənmə vaxtı var:

"Paşinyan hakimiyyəti nə ordusunu, nə də öz hakimiyyətində olan şəxsləri idarə edə bilir. Bu da təbii ki, birbaşa münasibətlərə təsir edir. Azərbaycan dövləti bunu bir səbrlə qarşılasa da, hər bir səbrin tükənmə forması, vaxtı var. Məlum məsələdir ki, ortada olan tör-töküntü Araikin də qeyri-leqal quldurları da öz işini davam etdirməyə çalışır. Qeyd etmək istəyirəm ki, eyni zamanda sülhməramlı qüvvələr də öz funksiyasını, üzərlərinə düşən işi tam şəkildə yerinə yetirməlidir. Əks halda bu kimi hallar anti-terror əməliyyatları ilə nəticələnəcək”.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR