Müğənni Merve Holefter "Antidepressant" mahnısının oğurlandığını iddia edərək, Mert Dəmirə qarşı 2 milyon 10 min lirə iddia qaldırıb.
AZXEBER.COM xəbər verir ki, "Alınsam" əsərinin musiqisinin "Antidepresan"da istifadə edildiyini iddia edən Merve Holefter Mert Dəmirdən maddi və mənəvi zərər gördüyünü iddia edib.
Merve Holefter Mabel Matiz və Mert Dəmirin ifa etdiyi "Antidepressant" mahnısı ilə özünün "Alınsam" adlı mahnısı arasında ciddi oxşarlıq olduğunu qeyd edərək müəllif hüquqları üçün aidiyyatı idarələrə müraciət edib və araşdırma aparılmasını istəyib.
Texniki baxış nəticəsində mahnıların bəzi hissələrinin tam oxşar olduğu müəyyən edilib. Holefterin vəkili məhkəməyə təqdim etdiyi vəsatətdə qısaca bunları bildirib:
"Müştəri Mert Dəmirlə əlaqə saxlamağa çalışaraq ondan maddi və mənəvi hüquqlarının pozulmasına son qoymasını tələb edib. Lakin Mert Dəmir bizim xahişimizi nəzərə almayıb. Faizlə birlikdə cəmi 2 milyon 10 min lirə təzminat tələb edirik".
Aysel