Antonio Quterreş: "Beynəlxalq birlik pandemiyalara hazır olmalıdır"

Antonio Quterreş: "Beynəlxalq birlik pandemiyalara hazır olmalıdır"
DÜNYA
18:56 26.10.2021
335
BMT Baş katibi Antonio Quterreş bütün ölkələri koronavirusa qarşı mübarizədə yol verilmiş səhvlərdən ibrət dərsi çıxarmağa çağırıb.

O, "Twitter” səhifəsindən paylaşdığı məlumatda beynəlxalq birliyin bu cür irimiqyaslı təlatümlərə hazırlıqsız olduğuna işarə vurub:

"COVID-19 bəlkə də üzləşdiyimiz son pandemiya deyil. Amma uğursuz olduğumuz son hal ola bilər. Biz dünyanın indi buraxdığı səhvlərin bir daha baş verməsinin qarşısını alacaq müasir və maliyyələşdirilmiş hazırlıq sisteminə möhtacıq”.
OXŞAR XƏBƏRLƏR