“APA Group”-a daxil olan saytlara haker hücumu olub
MEDİA
20:54 30.01.2012
1707
Bu gün saat 16.30-dan etibarən “APA Group”-a daxil olan www.apa.az, www.lent.az, www.vesti.az, www.kulis.az və www.apasport.az saytlarına haker hücumu başlayıb. Şirkətin İnformasiya Texnologiyaları Departamentinin məlumatına görə, haker hücumu “ddos” formasında edilib, bunun nəticəsində www.apa.az, www.vesti.az və www.apasport.az saytlarına giriş müvəqqəti məhdudlaşıb. Lakin saytların informasiya bazası heç bir ziyan çəkməyib. Sadəcə olaraq, saytlara giriş sayı süni şəkildə yüz dəfələrlə artırılaraq, giriş üçün məhdudiyyət yaradılıb.