APA Rüstəm İbrahimbəyovun səs yazısını təqdim etdi, rejissorun yalanı üzə çıxdı

APA Rüstəm İbrahimbəyovun səs yazısını təqdim etdi, rejissorun yalanı üzə çıxdı
SİYASƏT
17:15 16.09.2013
1994
Milli Şuranın sədri, kinodramaturq Rüstəm İbrahimbəyov sentyabrın 14-də APA-ya verdiyi müsahibədə səsləndirdiyi bəzi fikirlərin düzgün başa düşülmədiyini bildirib.APA-nın xəbərinə görə, R. İbrahimbəyov “Yeni Müsavat” qəzetinə açıqlamasında aşağıdakıları bildirib: “Mən azərbaycanca müsahibə vermişəm. Onlar tərcümə edəndə ya qəsdən, ya da rus dilini guya pis bildiklərindən başqa ifadə işlədiblər. Mən demişəm ki, mən vahid namizədliyi məcburi şəkildə qəbul etdim, bu missiyanı öz öhdəmə götürdüm. Onlar isə bunu tərcümə ediblər ki, məni məcbur etdilər – “menya zastavili”. “Zastavili i vınudili” - bunlar ayrı-ayrı şeylərdir”.

APA İnformasiya Agentliyi olaraq məsələyə aydınlıq gətirilməsi məqsədilə bəyan edib ki, R. İbrahimbəyovun müsahibəsində heç bir təhrifə yol verilməyib. Bunu müsahibənin lent yazısı da sübut edir.

Rüstəm İbrahimbəyov müsahibəsində vahid namizədliklə bağlı bunları deyib: “Amma mən sizə bir şey deyim. İş ondadır ki, mənim heç fikrimdə də deyildi axı, mən vahid namizəd olum. Mən, deməli... Məni məcbur elədilər. Milli Şuranın yaradılmasında mənim rolum məlumdu də, bu mənim təşəbbüsüm idi. Fevraldan iki-üç ay çəkdi. İyunda məqsədimizə çatdıq və orda məni Milli Şuranın sədri seçdilər. Və mən dedim ki, mənim rolum bu olmalıdır. Lakin dedilər yox, sən vahid namizəd olmalısan. Olmasan... Gördüm ki, bunlar biri-biri ilə dil tapa bilməyəcəklər”.

Müsahibənin rus dilinə tərcüməsində də hər hansı yanlışlığa yol verilməyib. “Məni məcbur elədilər” cümləsi “Menya vinudili” kimi tərcümə olunub ki, burada da hər hansı yanlışlıq yoxdur.

Müsahibənin audio versiyasını buradan dinləyə bilərsiz: https://az.apa.az/news/313855 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb