APA TV-dən gözləntilər nədir? - SORĞU

APA TV-dən gözləntilər nədir? - SORĞU
MEDIA
16:20 23.05.2013
2672

Azərbaycanın internet məkanında bir neçə gün sonra fəaliyyətə başlayacaq APA TV-də hazırlıq işlər yekunlaşmaq üzrədir.

“APA Holdinqin” yeni televiziya layihəsi olan APA TV xəbər buraxılışlarıyla, yeni formatda hazırlanan verilişləri ilə indidən böyük marağa səbəb olub, internet televiziyanın süjetləri cəmiyyətdə rezonans doğurub.

Bəs APA TV Azərbaycan internet televiziya məkanında nə kimi yeniliklərə səbəb olacaq və ümumilikdə televiziyadan gözləntilər nədir?

AZXEBER.COM portalı mövzuyla əlaqədar ictimai-siyasi xadimlərin fikrini öyrənib.Tanınmış teleaparıcı Anar Yusifoğlu APA TV-nin internet televiziya məkanında böyük işlər görəcəyinə əmin olduğunu bildirib:

“Onlayn medianın informasiyaya münasibəti dəyişir. Xəbər agentlikləri arasında öz operativliyi və dəqiqliyi ilə seçilən və internet mediaya özünəməxsus yeniliklər gətirən APA artıq yazıdan görüntüyə keçir. Şübhəsiz ki, Azərbaycanda indiyə qədər də internet televiziyaları vardı. Amma bu müddət ərzində internet televiziyasının uğurundan danışmaq bir o qədər də inandırıcı görünmürdü. Şübhəsiz ki, bu işdə peşəkar kadr potensialı, müasir texniki avadanlıq və işgüzarlıqla yanaşılarsa internet televiziyasının ənənəvi televiziyalardan üstünlükləri çoxdur. Ona görə də APA TV-nin uğur qazanacağına inanıram. Çünki APA TV fərqlidir və bu TV-ni yaradanların öz işlərinə olan münasibəti də fərqlidir. APA TV-nin sınaq xəbər buraxılışlarını izləyirəm. Təbii ki, bəzi texniki qusurlar gözə dəyir, amma bunları ciddi qusur saymıram. APA TV-nin xəbər düzümü, aparıcının danışmağa üstünlük verməsi, günün reportajı maraqlı yanaşmadı. Bu gün oxucu xəbəri oxumaqdan çox görmək, eşitmək istəyir. İlk buraxılışları izlədikdən sonra düşünürəm ki, APA TV seyrçinin etibarını qazanacaq və auditoriya formalaşdırarkən özünə inam oyatmağı bacaracaq. Bu gün tamaşaçı onun marağına xidmət edən televiziyanı qəbul edir, ona inanır və izləyir. Təbii ki, APA-da dəqiqlik operativlikdən öndədir, sensasiya yaratmaq üçün ədaləti pozmurlar və öz prinsiplərinə sadiq qalırlar”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa “APA Holdingin” yeni layihəsi olan APA TV-nin peşəkar kollektivlə böyük işlər görəcəyini söyləyib:

“APA TV hazırda çox peşəkar kollektiv ilə böyük işin başlanğıcını qoyub. Mən onların bir neçə proqramında da olmuşam. Müasir texniki avadanlıqlarla və peşəkar kollektivlə APA TV-nin böyük işlər görəcəyinə əminəm. Çünki APA-nın özü xəbər agentliyi kimi Azərbaycan mətbuatında öz operativliyi və dəqiqliyi ilə seçilir. Təbii ki, televiziya da eyni qaydada böyük uğur əldə edəcək. Mən də APA TV-nin kollektivinə uğurlar arzu edirəm”.

Millət vəkili Ceyhun Osmanlı da “APA Holding”in yeni layihəsini yüksək qiymətləndirib:

“Mən APA TV-nin Azərbaycanın milli televiziya məkanında özünəməxsus yer tutacağına əminəm. APA TV öz peşəkar kollektivi ilə artıq böyük marağa səbəb olub  və əminəm ki, öz verilişləri ilə də geniş tamaşaçı auditoriyasını öz ətrafında birləşdirə biləcək. Televiziyanın bütün kollektivinə uğurlar arzu edirəm”. AZXEBER.COM xəbər portalı olaraq APA TV-yə uğurlar arzulayırıq. Əminik ki, APA brendi altında yaradılan növbəti qurum da böyük uğur qazanacaq!

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslərə burun əməliyyatı pulsuz oldu
13:45 03.04.2026
Bu şəxslərə burun əməliyyatı pulsuz oldu
Azərbaycanda qadınlar ən çox bu peşə təhsili sahələrini seçir - SİYAHI
13:42 03.04.2026
Azərbaycanda qadınlar ən çox bu peşə təhsili sahələrini seçir - SİYAHI
Hava ilə bağlı xəbərdarlıq: intensiv yağış yağacaq, güclü külək əsəcək
13:21 03.04.2026
Hava ilə bağlı xəbərdarlıq: intensiv yağış yağacaq, güclü külək əsəcək
Aprel döyüşlərinə həsr olunmuş “Zəfər yolu” adlı layihə təqdim edilib
13:08 03.04.2026
Aprel döyüşlərinə həsr olunmuş “Zəfər yolu” adlı layihə təqdim edilib
"Kızılcık şərbəti"ndən qovulan Doğukan bu serialda çəkilir
13:03 03.04.2026
"Kızılcık şərbəti"ndən qovulan Doğukan bu serialda çəkilir
Azərbaycanda deputat gizli görüşdə yaxalandı: Əri gələndə pəncərədən qaçdı
13:02 03.04.2026
Azərbaycanda deputat gizli görüşdə yaxalandı: Əri gələndə pəncərədən qaçdı
Kıvançın serialında tərəf müqabili böhranı - 3 aydır heç kimi bəyənmir
12:57 03.04.2026
Kıvançın serialında tərəf müqabili böhranı - 3 aydır heç kimi bəyənmir
“Çox deyirdiniz, it kimi küçükləyib, indi dincəldiniz?” - 6 uşağı zəhərlənən ata - VİDEO
12:53 03.04.2026
“Çox deyirdiniz, it kimi küçükləyib, indi dincəldiniz?” - 6 uşağı zəhərlənən ata - VİDEO
Ağciyər xərçənginə qarşı peyvənd hazırlandı - İnsanlar üzərində yoxlanılacaq
12:48 03.04.2026
Ağciyər xərçənginə qarşı peyvənd hazırlandı - İnsanlar üzərində yoxlanılacaq
Azərbaycana turist axını azalıb
12:40 03.04.2026
Azərbaycana turist axını azalıb
“80 yaşım var, işləmək istəmirəm” - Novruz Məmmədov
12:36 03.04.2026
“80 yaşım var, işləmək istəmirəm” - Novruz Məmmədov
"Survivor" Serenay bu azərbaycanlı ilə sevgilidir
12:34 03.04.2026
"Survivor" Serenay bu azərbaycanlı ilə sevgilidir
Hikmət Hacıyev: Azərbaycanda 2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub
12:12 03.04.2026
Hikmət Hacıyev: Azərbaycanda 2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanıldı
11:58 03.04.2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanıldı
Pentaqonda gözlənilməz qərar: Daha iki general işdən çıxarıldı
11:47 03.04.2026
Pentaqonda gözlənilməz qərar: Daha iki general işdən çıxarıldı
Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB
11:42 03.04.2026
Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB