Televiziya aparıcısı Elgiz Əkbər həftə içi 5 gün öz "YouTube” kanalında veriliş aparacaq.
AZXEBER.COM xəbər verir ki, o, özü bu barədə məlumat verib.
Elgiz Əkbər bildirib ki, istənilən mövzu ilə bağlı ona müraciət etmək mümkündür:
"Artıq öz əlim, öz başım olacaq. Verilişi tək aparacağam. İstənilən mövzu ilə bağlı müraciət edə bilərsiniz. Qarşılaşdığınız problemlər və fikirlərinizi ictimailəşdirmək üçün də müraciət edə bilərsiniz”.
Aparıcı qeyd edib ki, heç kimdən incikliyi yoxdur:
"Mənim heç kəsdən incikliyim yoxdur. Baş verənləri analiz edəndə anlayıram ki, səhvlərim var idi. Gərək bəzi məsələlər olmayaydı. Verilən qərarı normal qarşılamaq lazımdır. Birdən-birə çox intriqa və rəqabət oldu”.
Şahanə











































