Aparıcı Ramalın verilişi bu sözlərdən sonra bağlandı - VİDEO

Aparıcı Ramalın verilişi bu sözlərdən sonra bağlandı - VİDEO
MEDİA
12:16 02.10.2012
4520
Xəzər TV-də bir neçə ildir yayımlanan “Həyata baxış” verilişi bağlanıb. Verilişin bağlanmasına səbəb kimi bu video göstərilir.
Buna səbəb “Neft gəlirləri: inkişaf və problemlər” mövzusunda olan son verilişin qonağı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının çıxışıdır.Son verilişin qonağı olmuş vətəndaş cəmiyyətinin nümayəndəsi Mirvari Qəhrəmanlı BBC Azərbaycanca-ya açıqlamasında deyib ki, verilişin bağlanmasına səbəbin onun Dövlət Neft Şirkətinin fəaliyyətini tənqididir."Verilişdə dedim ki, yaxşı olar ki, böyük pullar Cennifer Lopezə xərclənməsin. Ölkədə təqaüdlər aşağıdır, çoxlu talassemiyalı xəstələr, ehtiyacı olanlar, köhnə neft yataqları var".Pop ulduz Cennifer Lopezin Azərbaycandakı konsertini maliyyələşdirmiş ARDNŞ isə verilişin bağlanması ilə heç bir əlaqəsinin olmadığını deyir.Mirvari Qəhrəmanlıdeyir ki, sözü başa çatmamış sözünü yekunlaşdırması barədə işarə alıb. "Sözüm qurtaran kimi 10 dəqiqəlik reklam oldu və kanalın rəhbəri aparıcını çağırdı. Sonra isə aparıcı xahiş etdi ki, yumşaq danışaq, verilişə yuxarı səviyyədə baxılır".Verilişin daha bir iştirakçısı, vətəndaş cəmiyyətinin üzvü Azər MehtiyevBBC Azərbaycancaya deyib ki, proqramın bağlanması onun son buraxılışında Dövlət Neft Şirkətinin fəaliyyətinin tənqid edilməsilə bağlı ola bilər."Görünür ki, Neft şirkəti səslənən tənqidləri qəbul etməyib. Ehtimal olunur ki, bağlılıq var" - o, bildirib.Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin QuliyevBBC Azərbaycancaya bildirib ki, Xəzər TV-nin "Həyata Baxış" proqramının bağlanmasına şirkətin "heç bir aidiyyatı yoxdur".Cənab Mehtiyev aparıcı Ramal Hüseynovun reklam zamanı studiyanı tərk etdiyini təsdiqləyib: "Aparıcı qayıdandan sonra belə bir söhbət oldu ki, Neft Şirkəti proqramda səslənən tənqidlərlə bağlı narahatdır".Nizaməddin Quliyev isə Xəzər TV-ə proqramla bağlı zəng etmədiyini deyib: "Əminəm ki, Neft Şirkətindən heç kəs onlara bununla bağlı zəng etməyib".Xəzər TV-nin baş direktoru Asəf Hacıyevisə Azadlıq qəzetinə proqramın dayandırılmasını M.Qəhrəmanlının çıxışı ilə əlaqələndirilməyin əleyhinə olduğunu bildirdi. Çünki M.Qəhrəmanlı dəfələrlə bu verilişdə çıxış edib və onun fikirləri efirə gedib: “Mirvari Qəhrəmanlı dəfələrlə qonağımız olub, istədiyi kimi çıxış edib. Mətbuat niyə belə hallandırır. Əvvəl də qonağımız olanda bağlamadıq, indi bağladıq?”.Canlı yayımlanan verilişin niyə yarımçıq kəsilməsinə gəldikdə isə, baş direktor bu barədə xəbərsiz olduğunu deyir. O, bunun müəyyən problemlərlə əlaqəli olduğunu ehtimal edir: “Verilişin canlı yayımda dayanmasını bilmirdm. Ancaq televiziyalarda belə problemlər olur. Verilişə tam axıra qədər baxmamışam, ola bilsin yarımçıq dayandırılıb”.Proqramın mübahisəyə səbəb olan hissəsini sizə təqdim edirik.
//qafqazinfo.az
OXŞAR XƏBƏRLƏR