Ukraynanın tanınmış aparıcısı Anastasia Luqova Kiyevdə qatarla gedərkən hücuma məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə aparıcı "İnstagram” hesabında bildirib. O, qeyd edib ki, hadisə baş verən zaman yanında 6 yaşlı oğlu da olub.
Naməlum şəxs onu döyüb və zorlamaq istəyib. Oğlu səs-küy salıb. Naməlum şəxs aradan çıxıb.
Polis həmin şəxsi tutub.
Faktla bağlı araşdırma aparılır.