“Apple” “iPhone 6S”ləri geri çağırır

“Apple” “iPhone 6S”ləri geri çağırır
SOSİAL
15:28 07.02.2017
1011
 
"Apple" şirkəti Birləşmiş Ərəb Əmirliklərində 88,7 min ədəd "iPhone 6S" smartfonunu geri çağırır.

Buna səbəb akkumulyatorların qüsurlu olmasıdır.

"Apple" BƏƏ-nin İqtisadiyyat Nazirliyinə məktub göndərərək, 2015-ci ilin payızında istehsal olunmuş minlərlə smartfonu istehlakçıların hüquqlarını müdafiə məqsədilə geri çağırdığını bəyan edib. Bildirilir ki, BƏƏ-də istehlakçılar "iPhone 6S" smartfonunun qəfildən sönməsindən şikayətlənib.
///Lent.az
OXŞAR XƏBƏRLƏR