Apreldə canımız isinəcək

Apreldə canımız isinəcək
Bütün Xəbərlər
12:57 30.03.2012
1388
Aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi şimal və şərq rayonlarında isə normadan bir qədər çox olacağı ehtimal olunur.Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.Gecələr 5-10 dərəcə isti, ayın ikinci yarısının bəzi günlərində 12-15 dərəcə isti təşkil edəcək. Gündüzlər 13-18 dərəcə isti olacaq, ayın ikinci yarısında 22-27 dərəcəyədək yüksələcək.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-33 mm) olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 11-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gündüzlər 14-19 dərəcə isti olacaq, ayın ikinci yarısının bəzi günlərində temperatur 25-29 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-59 mm) olacağı gözlənilir.Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 6-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 54-83 mm) gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 12-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə (norma 31-40 mm) isə normadan bir qədər çox olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 8-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 48-103 mm) gözlənilir.Mərkəzi Aran - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 13-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-34 mm) olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 10-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-63 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR